• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi

03 Sentyabr, 25 / 13:19
A A
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi

Tanınmış alim, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov yeni vəzifəyə təyin olunub.

E.Məmmədov Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Elşad Məmmədov 1992-ci ildə Bakı şəhərindəki 42 saylı məktəbi qızıl medalla bitirib.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNUC) Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

1999-2004-cü illərdə UNEC-də böyük laborant, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə dosent vəzifələrində işləyib.

2007-2015-ci illərdə Kommersiya fakültəsində dekan müavini vəzifəsində çalışıb.

2007-2015-ci illərdə həmçinin rabitə və yüksək texnologiyalar nazirinin məsləhətçisi vəzifəsində çalışıb.

2004-cü ildə ona Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə “iqtisad elmləri namizədi”, 2015-ci ildə isə “iqtisad üzrə elmlər doktoru” elmi dərəcəsi verilib. 2019-ci ildə AAK-ın qərarı ilə “professor” elmi adina layiq görülüb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat (rus dilində) kafedrasının professorudur.

Elşad Məmmədov 2021-ci ilin martında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.

Bir sıra monoqrafiya və dərslik müəllifi olan E.Məmmədov eyni zamanda yerli və xarici KİV-lərdə iqtisadi təhlilçisi və icmalçı kimi çıxış edir. Ailəlidir, iki övladı var.

Yeniera.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, professor Elşad Məmmədov Azərbaycanda kifayət qədər tanınmış şəxsin – Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri Yaqub Məmmədovun oğludur.

Yaqub Məmmədov tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar həkim, Əməkdar elm xadimi kimi titullara sahibdir. O, 1983-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olub.

Yaqub Məmmədov 5 mart 1992 – 18 may 1992-ci il tarixləri arasında Ali Sovetin sədri vəzifəsində işləyib. 6 mart 1992 – 14 may 1992-ci illərdə həm də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

Professor Yaqub Məmmədov 2001-ci ildən Azərbaycan Tibb Universiteti Patoloji fiziologiya kafedrasının müdiri vəzifəsində işləyir.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Sabah yağış yağacaq - PROQNOZ

Növbəti Yazı

Azərbaycanda müğənni həbs edildi - SƏBƏB

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.