• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır 

27 Oktyabr, 25 / 19:17
A A
“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır 
“MTN işi” üzrə zərərçəkənlərdən biri – İbrahim Zeynalovun adına ödənilmiş 560 min manatlıq məbləğ ətrafında qalmaqal böyüyür.

Yeniera.az musavat.com-a istinadən xəbər verir ki, əldə etdiyimiz rəsmi sənədlər göstərir ki, həmin məbləğ Nərimanov Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində “Yelo Bank”ın balansdan kənar hesabına köçürülüb və bu əməliyyatın heç bir məhkəmə qərarı ilə hüquqi əsası olmayıb.

Qanunsuz köçürülən 560 min manat

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən sabiq MTN generalı Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklarının satışından əldə edilən pullar zərərçəkmişlər arasında bölüşdürülməli idi. Bu qərara əsasən, zərərçəkən İbrahim Zeynalovun payına 560 min 302 manat düşüb.

Ancaq həmin məbləğ Zeynalovun şəxsi hesabına deyil, “Yelo Bank”ın hesabına köçürülüb. Rəsmi sənədlərdə bu köçürmənin “kredit ödənişi” kimi rəsmiləşdirildiyi göstərilib. Vəsait bankın balansdankənar hesabına yönləndirilib.

Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov 27 avqust 2025-ci il tarixli məktubunda “Yelo Bank”ın rəhbərliyinə bildirir ki, 560 min 302 manatın bank hesabına köçürülməsi barədə heç bir məhkəmə qərarı mövcud deyil.

Sənəddə qeyd olunur ki, vəsaitin qanunsuz köçürülməsi barədə iddia Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə təsdiqlənib və həmin qərar qanuni qüvvəyə minib.

İcra şöbəsi bankdan vəsaitin geri qaytarılmasını xahiş edib, hətta bank tərəfindən məbləğin məhkəmə qərarı qüvvəyə minərsə, geri qaytarılacağına dair yazılı zəmanət məktubu da alıb.

“Yelo Bank” zəmanət verdi və pulu “yedi”

Sənədlər göstərir ki, məhz “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovun imzası ilə icra şöbəsinə göndərilən cavab məktubunda məhkəmə qərarı olarsa, vəsaitin geri qaytarılmasına zəmanət verilir.

Bu ifadə faktiki olaraq bankın vəsaiti qaytarmağa razı olduğunu göstərir.

Lakin məhkəmə qərarı qüvvəyə mindikdən sonra “Yelo Bank” mövqeyini dəyişib, öz məktubundakı zəmanətdən boyun qaçırıb. Bank artıq bildirir ki, guya “İbrahim Zeynalovun borcu olduğu üçün vəsaitin qaytarılması mümkün deyil” – halbuki məhkəmə qərarı açıq şəkildə həmin köçürməni qanunsuz sayıb.

Gedişatın arxasında kimlər dayanır?

Zərərçəkmişlərin iddialarına görə, bu maliyyə manipulyasiyası təsadüfi deyil.

İddia olunur ki, məsələdə İcra Baş İdarəsinin əməkdaşı Tural Süleymanov və onun qayınatası Cavidan Hacıyevin də adı keçir. Məhz onların vasitəsi ilə Nərimanov İcra Şöbəsində “kredit ödənişi” oyunu ortaya atılıb, vəsait isə sonradan bir neçə nəfər arasında bölüşdürülüb.

“MTN işi” zərərçəkənlərinin haqqı bu dəfə bankda “yeyilib”

Bu gün “Yelo Bank” həmin 560 min 302 manatı geri qaytarmaqdan boyun qaçırır. Halbuki vəsait “MTN işi” üzrə zərərçəkənlərə məxsusdur və bankın balansına qanunsuz daxil edilib.

Bu isə həm Cinayət Məcəlləsinin 179-cu maddəsinə (mənimsəmə və israf etmə), həm də Mülki Məcəllənin 1099-cu maddəsinə (əsassız əldə etmə) görə ciddi hüquqi məsuliyyət doğuran haldır.

Əldə olunan sənədlər, məktublar və məhkəmə qərarları bir daha sübut edir ki, “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərə çatmalı olan 560 min 302 manatı qanunsuz olaraq geri qaytarmaqdan yayınır.

Əvvəlcə “məhkəmə qərarı çıxsa, geri qaytaracağıq” deyən bank indi öz sözündən dönüb, icra orqanlarını aldadaraq məsuliyyətdən yayınmağa çalışır.

Bu, “MTN işi” üzrə zərərçəkən insanların haqqının bank maraqları naminə tapdanmasıdır.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

"Bank Respublika"da nə baş verir? - Borcları artdı, əmanətlər geri çəkildi

Növbəti Yazı

Rəşad Dağlı ilə bağlı ÜZÜCÜ XƏBƏR

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.