Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tiktoker “Çevik” həbs edildi
  • Ən romantik və ən qısqanc BÜRCLƏR
  • Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Yeni “abituriyent tələsi”: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? – VİDEO

Yeni "abituriyent tələsi": Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? - VİDEO

VİDEO XƏBƏRLƏR Ariz Əhədov28.05.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkələrdə imtahan ballarının artırılması ilə bağlı vədlər verən dələduzlar yenidən aktivləşiblər.

Yeniera.az Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər xüsusilə “TikTok” və “Instagram” platformalarında “Qəbul ballarını artırırıq, magistr və dövlət qulluğu imtahanlarına dəstək oluruq” başlıqlı saxta paylaşımlar edilir. İmtahanlarda zəif nəticə göstərən abituriyentləri və onların valideynlərini hədəf alan bu şəxslər müəyyən məbləğ qarşılığında nəticələrə müdaxilə etdiklərini iddia edirlər.

Məsələ ilə bağlı paytaxt sakinləri və valideynlər də narahatlıqlarını ifadə ediblər. Onlar uşaqların öz əziyyətləri ilə oxuduqlarını vurğulayaraq, qeyri-qanuni yollarla bal artırılması ilə bağlı vədlərə qətiyyən inanmadıqlarını və bu cür halların inkişaf etmiş bir ölkədə mümkün olmadığını bildiriblər.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

“Əgər abituriyent imtahanda zəif nəticə göstəribsə, onun qəbul və ya buraxılış balına hər hansı formada müdaxilə edilməsi qeyri-mümkündür. Aşağı bal toplayan şəxslərin valideynləri bu yalanlara aldanaraq müəyyən ödənişlər edirlər, sonradan isə həmin elanları paylaşan şəxslər yoxa çıxırlar. Vətəndaşlar belə qeyri-qanuni addımlardan uzaq durmalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.

Dövlət İmtahan Mərkəzi (DİM) də mövzu ilə bağlı sorğuya cavab olaraq vətəndaşlara xəbərdarlıq edib. Mərkəzdən bildirilib ki, imtahanlardan sonra bu növ qeyri-real çağırışlarla dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsinə cəhdlər olunur:

“Vətəndaşlar diqqətli olmalı və sosial şəbəkələrdəki bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər”.

Mütəxəssislər əlavə edirlər ki, cinayətkar şəxslər inam yaratmaq üçün saxta profillər açaraq paylaşımların altında “bizə kömək edildi” tipli rəylər yazırlar. Aldadılma faktı ilə üzləşən istifadəçilər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Ekspertlər xüsusilə xəbərdarlıq edirlər ki, bank kartlarının şəkillərini və ya şəxsi məlumatları bu cür fırıldaqçılara göndərmək olduqca təhlükəlidir.

Bənzər Xəbərlər

27.07.2026 - 21:36Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

27.07.2026 - 20:25Gülnar Əliyeva

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

27.07.2026 - 18:29Gülnar Əliyeva

Şəmsi Səmədzadə həbsdən AZAD OLDU

27.07.2026 - 14:06Gülnar Əliyeva

Azərbaycanda pensiya yaşı 70 olur?

27.07.2026 - 13:41Gülnar Əliyeva

Sabiq prokuror vəfat etdi - Foto

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 09:27Gülnar Əliyeva

Polkovnik-leytenant vəfat etdi - FOTO

24.07.2026 - 21:46Gülnar Əliyeva

Nazirlikdən bu şəxslərə XƏBƏRDARLIQ

24.07.2026 - 14:05Gülnar Əliyeva

Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 234

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 543

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 564

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 441
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.