Almaniya kansleri Fridrix Merts deyir ki, Rusiyaya qarşı sanksiyaların növbəti raundu məhdudiyyətlərdən yayınmaqda mövcud boşluqları bağlamaq üçün yaxın həftələrdə hazırlanacaq.
Yeniera.az xəbər verir ki, o, bu barədə Berlində Kipr prezidenti Nikos Kristodulides ilə birgə mətbuat konfransında deyib:
“Biz sanksiyalardan yayınmanı pisləyirik; biz bu cür yayınmanın aradan qaldırılmasını və ya istənilən halda azaldılmasını təmin etmək istəyirik. Biz bunu Türkiyə hökuməti ilə daim müzakirə edirik.
Yaxın həftələrdə Aİ-də yeni sanksiyalar paketi hazırlayacağıq”,-deyə Merta əlavə edib.
Yeganə

