Cənubi Afrika Respublikasının sədrliyi ilə Yohannesburqda keçiriləcək “İyirmiliklər Qrupu” (G20) sammitində iştirak edən ölkələrin sayı 42-yə çatacaq.
Yeniera.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Ronald Lamola media üçün keçirdiyi brifinqdə bildirib.
“Yohannesburqda keçiriləcək G20 sammitində ABŞ istisna olmaqla, bütün G20-yə üzv ölkələr də daxil olmaqla 42 ölkə iştirak edəcək. G20 xaricində Cənubi Afrika Afrika, Karib hövzəsi və Şərqi Asiyada regional iqtisadi təşkilatları təmsil edən altı ölkəni sammitə dəvət edib. On altı dövlət də ayrıca dəvət olunub”,-Lamola qeyd edib.
Onların hamısı yüksək səviyyədə təmsil olunacaq.
G20 ölkələrinə gəlincə, Lamola bildirib ki, Rusiya, Çin, Argentina və Meksika liderləri Yohannesburqa gəlməyəcək, lakin sammitdə onların milli nümayəndə heyətləri iştirak edəcək. ABŞ nümayəndə heyəti iştirak etməkdən imtina edib.
Yeganə

