Ukrayna prezidentinin bəyanatı enerji sektorunda korrupsiya qalmaqalı fonunda səslənib.
Yeniera.az bu barədə “TASS-a istinadən xəbər verir.
“Hesab edirəm ki, ədliyyə naziri və energetika naziri öz vəzifələrində qala bilməzlər. Bu, digər məsələlərlə yanaşı, etimad məsələsidir. Əgər ittihamlar varsa, onlara cavab verilməlidir. Onların vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar operativ, mümkün qədər tez verilməlidir.
Mən Ukraynanın baş nazirindən bu nazirlərin istefalarını təqdim etməsini xahiş etmişəm. Ali Radanın üzvlərindən bu istefaları dəstəkləmələrini xahiş edirəm. Bundan sonra hər şey qanuni yolla həll edilməlidir”, – deyə Ukrayna prezidenti bildirib.
Yeganə

