Ukraynada gözlənilməz və səs-küylü hüquq-mühafizə əməliyyatı qeydə alınıb. Ölkənin Milli Anti-Korrupsiya Bürosu (NABU) birbaşa Prezident Volodimir Zelenskinin Ofisində istintaq tədbirləri həyata keçirib.

Yeniera.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko öz rəsmi Telegram kanalında məlumat paylaşıb.

Deputat bildirib ki, NABU əməkdaşları tərəfindən Prezident Ofisində müvafiq yoxlamalar və araşdırmalar aparılır, lakin hələlik hər hansı digər təfərrüat açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat həyata keçirir. Sözügedən şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) “qəyyumluq” etməkdə və əmlakı leqallaşdırmaqda şübhəli bilindiyi qeyd olunur.///NOCOMMENT.az

Exit mobile version