Ötən gün Ermənistanın Şirak rayonundaə tutularaq İrəvan zooparkına aparılan vaşaq balasını xilas etmək mümkün olmayıb.
Yeniera.az xəbər verir ki, bu barədə Zooparkın sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, vaşaq balası ötən gün axşam saatlarında Şirak rayonunun Bağravan kəndi yaxınlığında yerli sakinlər tərəfindən tutulub.
Onlar heyvanın şəklini çəkib internetə yerləşdiriblər.
Daha sonra hadisə yerinə gələn aidiyyatı qurumların əməkdaşları bala vaşaqı zooparka aparıblar.
Təəssüf ki, zoopark işçiləri balanı xilas edə bilməyiblər, o, zooparka gətirildikdən təxminən bir saat sonra ölüb.
Qeyd edək ki, Ermənistanda vaşaq nəsli kəsilməkdə olan növ hesab edilir.
Gülnar Həmidova

