Masallı rayonunda yeniyetmə vəfat edib.

Yeniera.az xəbər verir ki, hadisə aprelin 11-i saat 01 radələrində Köhnə Alvadı kəndində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Turan Azər oğlu Əliyev yaşadığı evdə qəfil ölüb.

Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version