Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin dövrü məhdudlaşır.
Yeniera.az xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarı ilə binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sisteminə icazə veriləcək.
Məhdudiyyət təkcə texniki məsələ deyil. Mütəxəssislər bildirir ki, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir.
Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri – məsələn, günəş panelləri ilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər. Digər hallarda isə əsas yük 2025-ci ildən etibarən genişlənəcək mini qazanxanaların üzərinə düşəcək. Bu həm də binaların vahid mərkəzdən və daha təhlükəsiz qızdırılması deməkdir. Yeni qaydalar həm tikinti şirkətləri, həm də mənzil alacaq vətəndaşlar üçün yeni standartlar formalaşdırır.
Artıq mənzil seçərkən binanın neçə mərtəbəli olması və istilik sisteminin növü əsas şərtlərdən biri olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
