Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
  • İntiqam Səfərəliyev azadlığa buraxıldı – Nazir oğlu etiraz etməmişdi
  • Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»18 ay sonra bəraət aldı – “Balıq tutduğuma inanmamışdılar”

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

Cəmiyyət Ariz Əhədov10.04.2026 - 16:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Beyləqan sakininə həbsindən 18 ay sonra bəraət verilib.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi verilmiş ittihamların təsdiqi üçün təqdim edilmiş sübutları yetərli hesab etməyib.

Ağır cinayətdə ittihan olunan 38 yaşlı İlkin Cəfərov Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışıb. Hadisə günü də işi ilə bağlı yaşadığı İkinci Şahsevən kəndindəki su kanalına gedib. İlkin kanalın ətrafında olarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar saxlanıldığını deyiblər.

İlkinə verilmiş ittihamda yazılıb ki, o, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları ilə əlbir şəkildə hərəkət edərək onların qaçaqmalçılıq yolu ilə ölkəyə keçirdiyi narkotik vasitəni götürmək üçün kanalın yanına gəlib. 15 kiloqram qurudulmuş marixuananı götürüb geri qayıdarkən də saxlanılıb.

Amma təqsirləndirilən kəndli hakimlərin qarşısında ittihamı qəbul etməyərək belə bir hadisə baş vermədiyini deyib.

İlkin məhkəmədə bildirib ki, 2013-cü ildən Beyləqan rayon Su-Kanal İdarəsində nizamlayıcı vəzifəsində çalışır. İşi ilə əlaqədar tez-tez su kanalına gedir, suyun paylanmasını tənzimləyir, bəzən də orada balıq tutur. Hadisə günü də sahə rəisi ona suyu nizamlamağı tapşırıbmış: “Özümlə qarmaq və tor götürdüm ki, işimi bitirdikdən sonra balıq tutum. Kanal sərhəd zastavasının yaxınlığından keçir. Tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər yanıma yaxınlaşdılar. Dedilər ki, sən buraya narkotik götürmək üçün gəlmisən. Əllərimi və gözlərimi bağlayıb təxminən 50 metr apardılar. And-aman etdim ki, narkotik nədir, necə olur, heç bilmirəm. Dedim ki, burada həmişə balıq tuturam, inanmadılar”.

Təqsirləndirilən şəxs aşkarlanan narkotikin ona aidiyyəti olmadığını təkrarlayaraq hakimlərdən ona bəraət verilməsini xahiş edib.

Əməliyyatda iştirak edən sərhədçilər isə prosesdə İlkinə qarşı ifadə veriblər. Şahidlərin dediyinə görə, kanalın ətrafına narkotik qoyulması barədə əvvəlcədən məlumat daxil olub, buna görə də orada pusqu qurublar: “Gördük ki, şəxs paltarlarını soyunub kanalı keçdi, bir az sonra da torba ilə geri qayıtdı. Ona “dayan” əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb. Amma o, sərhəd zolağından arxaya doğru qaçmağa başladı. Tutub saxladıq. Amma saxlanıldığı yerdə balıq tutmaq üçün heç bir avadanlıq yox idi, yalnız paltarlar, rezin çəkmə və mobil telefon var idi”.

Oruc Cəlilovun sədlik etdiyi məhkəmə kollegiyası ittiham tərəfinin şahidlərinin dediklərini inandırıcı hesab etməyiblər. Hökmə əsasən, İlkin Cəfərov Azərbaycan Respublikası adından təqsirsiz elan edilib. O, dərhal həbsdən azad edilib.

Bənzər Xəbərlər

10.04.2026 - 17:12Ariz Əhədov

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

10.04.2026 - 17:00Ariz Əhədov

İntiqam Səfərəliyev azadlığa buraxıldı - Nazir oğlu etiraz etməmişdi

10.04.2026 - 16:46Ariz Əhədov

Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

10.04.2026 - 16:35Ariz Əhədov

“Onu həmişə çox sevmişəm, ürəyimdə başqa yeri var” - Video

10.04.2026 - 16:22Ariz Əhədov

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

10.04.2026 - 16:10Ariz Əhədov

Azərbaycandan Körfəz ölkələrinə raket atılması ilə bağlı - İddialar əsassızdır

10.04.2026 - 15:47Ariz Əhədov

Onların ailələri üçün vergi güzəştləri olacaq

10.04.2026 - 15:37Ariz Əhədov

40 müğənni Aygün üçün bir araya gəldi - Röya yoxdur-Video

10.04.2026 - 15:25Ariz Əhədov

Məktəbdə insident: müəllim valideyni döydü

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 925

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 844

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 809

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 008
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.