Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • DİQQƏT: Bu şəxslərə ömürlük pensiya təyin edilə bilər
  • Yeni direktor bu başçının qardaşıdır
  • Bu deputatların mandatı ləğv edilə bilər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»Azərbaycandan Körfəz ölkələrinə raket atılması ilə bağlı – İddialar əsassızdır

Azərbaycandan Körfəz ölkələrinə raket atılması ilə bağlı - İddialar əsassızdır

Media Ariz Əhədov10.04.2026 - 16:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Medianın İnkişafı Agentliyi Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində raketlərin atılması ilə bağlı xəbərlərə münasibət bildirib. 

Yeniera.az xəbər verir ki, Agentliyin açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığı qeyd olunub.

“Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik. Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir: “Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq”.Media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səsləyirik”.
>

Bənzər Xəbərlər

26.05.2026 - 19:40Ariz Əhədov

DİQQƏT: Bu şəxslərə ömürlük pensiya təyin edilə bilər

26.05.2026 - 19:15Ariz Əhədov

Yeni direktor bu başçının qardaşıdır

26.05.2026 - 18:45Ariz Əhədov

Bu deputatların mandatı ləğv edilə bilər

26.05.2026 - 18:33Ariz Əhədov

Ramilə Quliyeva həbs edildi - 14 il əvvəlki dəhşətli qətl

26.05.2026 - 18:00Ariz Əhədov

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

26.05.2026 - 17:05Ariz Əhədov

Azərbaycanda ən yaşlı seçicilər onlardır - 106 və 136 yaşları var

26.05.2026 - 16:53Ariz Əhədov

İranda MMA çempionu edam edildi - Foto

26.05.2026 - 16:43Ariz Əhədov

Uşaqpulu yoxsa sosial yardımlar - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar

26.05.2026 - 16:40Ariz Əhədov

“Neftçi”də 3 AYRILIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 601

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 230

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 025

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 245
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.