Şimali Kiprin Girnə şəhəri sahillərində 267 sərnişinin olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
Yeniera.az bildirir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel məlumat verib.
Məlumata əsasən, itkin düşən 23 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
