Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sara Əzimova yeni vəzifəyə təyin edildi
  • DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var
  • 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi – Biri öldü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»35 il sonra bunu edən ilk Britaniya monarxı oldu

35 il sonra bunu edən ilk Britaniya monarxı oldu

Siyasət Ariz Əhədov29.04.2026 - 12:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresinin birgə iclasında çıxış edib. O, son 35 ildə Konqresdə çıxış edən ikinci Britaniya monarxı kimi tarixə düşüb.

Yeniera.az xəbər verir ki, Kral Çarlz çıxışında ABŞ ilə Böyük Britaniya arasındakı tarixi münasibətlərin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın beynəlxalq sistemdə mühüm rol oynadığını bildirib.

Çıxışında qlobal vəziyyətə toxunan kral dünyada artan gərginliklərə diqqət çəkib: “Biz böyük qeyri-müəyyənlik dövrünün ortasındayıq. Avropadan Yaxın Şərqə qədər uzanan münaqişələr beynəlxalq ictimaiyyət üçün ciddi çağırışlar yaradır”, – deyə o bildirib.

Kral Çarlz qeyd edib ki, mövcud geosiyasi vəziyyət ABŞ və Böyük Britaniya kimi ölkələrin məsuliyyətini daha da artırır və iki ölkə arasındakı ittifaqın əhəmiyyətini gücləndirir.

O, çıxışında ABŞ-nin müstəqillik tarixini xatırladaraq, fikir ayrılıqlarına baxmayaraq, iki ölkənin uzun illərdir güclü tərəfdaşlıq qurduğunu vurğulayıb.

“İki millətimizin əsrlər boyu qurduğu ittifaqa görə Amerika xalqına minnətdarıq”, – deyə kral bildirib.

Kral həmçinin anası Kraliça II Elizabetin 1991-ci ildə Konqresdə etdiyi çıxışa istinadən əlavə edib ki, bugünkü dünya həmin dövrlə müqayisədə daha qeyri-sabit və təhlükəlidir.

Kral Çarlz vurğulayıb ki, Böyük Britaniya NATO çərçivəsində müdafiə xərclərini artırıb və Qərb ittifaqına töhfəsini gücləndirib. Onun sözlərinə görə, mövcud təhlükələr heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər mürəkkəbdir.

Ukrayna məsələsinə də toxunan kral davamlı və ədalətli sülh üçün beynəlxalq birliyin vacibliyini vurğulayıb.

Kral Çarlz ABŞ-nin 250 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq, iki ölkə arasında tərəfdaşlığın gələcəkdə də gücləndirilməsinin vacibliyini qeyd edib. O, çıxışdan sonra həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə Konqres üzvləri ilə görüşərək zalı tərk edib.

Bənzər Xəbərlər

29.04.2026 - 12:04Ariz Əhədov

İrana qarşı yeni sanksiya paketi - 35 qurum və şəxs siyahıya salındı

29.04.2026 - 11:38Ariz Əhədov

Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndələrimiz İrəvandadır

29.04.2026 - 10:25Ariz Əhədov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

28.04.2026 - 22:45Ariz Əhədov

İranda hakimiyyət SEPAH-ın əlinə keçib - İddia

28.04.2026 - 22:15Ariz Əhədov

İranlı səfir paylaşımına görə Britaniya XİN-ə çağırıldı

28.04.2026 - 20:45Ariz Əhədov

Bayramov BƏƏ-nin dövlət naziri ilə Qəbələdə görüşdü - Foto

28.04.2026 - 19:50Ariz Əhədov

Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu

28.04.2026 - 15:10Ariz Əhədov

Əli Əsədov yeni qərar imzaladı

28.04.2026 - 14:22Ariz Əhədov

Prezident Qəbələdə BƏƏ nümayəndələrini qəbul etdi - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 267

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 055

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 946

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 157
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.