Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Hadisə

DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var

DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Yeniera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş: