Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan XİN BƏYANAT YAYDI
  • Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı
  • Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Bakı Gəmirqayırma Zavodu” daha 6 il bu vergilərdən azad edilir

"Bakı Gəmirqayırma Zavodu" daha 6 il bu vergilərdən azad edilir

İqtisadiyyat Ariz Əhədov17.09.2025 - 11:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmirqayırma Zavodu” MMC daha 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir. 

Yeniera.az xəbər verir ki, bu, Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, “Bakı Gəmiqayırma Zavodu” Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biridir və Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir.

Zavodun sifarişçilərə təqdim etdiyi və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilə qədər uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.

Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinə qədər) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Qanun layihəsi gəmiqayırma sənayesinin uzunmüddətli inkişafının dəstəklənməsinə, iqtisadi fəallığın artırılmasına, bu sahədə idxaldan asılılığın azaldılmasına, xidmətlərin ixracı potensialının genişləndirilməsinə xidmət edəcək.

Bənzər Xəbərlər

20.06.2026 - 23:51Ariz Əhədov

Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı

20.06.2026 - 23:23Ariz Əhədov

Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı

20.06.2026 - 23:12Ariz Əhədov

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər - VACİB AÇIQLAMA

20.06.2026 - 22:52Ariz Əhədov

Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?

20.06.2026 - 22:42Ariz Əhədov

Köçəryandan gözlənilməz addım

20.06.2026 - 22:29Ariz Əhədov

Bu ərazilərdə güclü yağış yağacaq

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.