Rusiya ilə mübadilə nəticəsində 1000 nəfərin meyiti Ukraynaya qaytarılıb.
Bakıvaxtı.az xəbər veriir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
“Yaxın günlərdə hüquq-mühafizə orqanlarının istintaqçıları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə repatriasiya olunmuş meyitlərlə bağlı bütün zəruri ekspertizaları keçirəcək və şəxsiyyətlərin identifikasiyası aparılacaq”, – məlumatda qeyd olunur.
***
16:04
Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini dəyişdiriblər.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev RBK-ya bildirib.
Onun sözlərinə görə, 24 hərbçinin meyiti Rusiya tərəfinə təhvil verilib.

