Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şimşək çaxacaq – Dolu düşəcək
  • Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? – Səbəb AÇIQLANDI
  • Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»“Oleq Bakinski”nin şikayəti təmin olunmayıb

"Oleq Bakinski"nin şikayəti təmin olunmayıb

Hadisə Ariz Əhədov18.09.2025 - 17:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protestə baxılıb.

Yeniera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin nümayəndəsi Samir İsayev çıxış edib.

O bildirib ki, təqsirləndirilən şəxslərə verilən cəza yüngül olub və cəzanın artırılması istəyib:

Nümayəndə həmçinin maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin olunmasını xahiş edib.

Daha sonra çıxış edən prokuror Murad Vəliyev deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Kuçer Konstantin Antonoviçə aid hissədə hökm dəyişdirilməlidir.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilməlidir.

Daha sonra hakimlər heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər heyəti qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətləri, dövlət ittihamçısının apellyasiya protesti təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri – Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub.

Konstantin Kuçerin “Günay Bank”dakı hesabına qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş “Günay Bank”da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O. Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O. Krapivin Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

Bənzər Xəbərlər

21.06.2026 - 15:30Ariz Əhədov

Şimşək çaxacaq - Dolu düşəcək

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

21.06.2026 - 12:32Ariz Əhədov

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

21.06.2026 - 11:13Ariz Əhədov

Gəncədə 11-ci sinif şagirdinin meyiti tapıldı

21.06.2026 - 10:50Ariz Əhədov

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

20.06.2026 - 23:51Ariz Əhədov

Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı

20.06.2026 - 23:23Ariz Əhədov

Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.