Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
  • Nəhəng casusluq əməliyyatı başladı – Ərdoğan və nazirlərin məlumatlarına giriblər
  • Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlər müəyyən edilib

Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlər müəyyən edilib

Gündəm Ariz Əhədov19.09.2025 - 10:19
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qarabağa köç planına əsasən, 19 yaşayış məntəqəsinə, o cümlədən, Xankəndi, Xocalı, Ağdərəyə əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə qismən yararlı evlər müəyyən edilib.

Yeniera.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi məlumat yayıb.

Belə ki, bu sırada Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndi (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) var.

Belə ki, ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində işlər başa çatdırılmış 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü baş tutub.

Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı, yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir.

Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd 5 mərtəbəli yaşayış binasına 2025-ci ilin mart-aprel aylarında ümumilikdə 180 ailə (592 nəfər), Xocalı şəhəri üzrə isə 86 ailə (346 nəfər) məskunlaşıb. Ağdərə rayonunun Talış kəndində 20 ailə (90 nəfər) məskunlaşdırılıb.

Bənzər Xəbərlər

26.09.2026 - 02:26Gülnar Əliyeva

İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər

25.09.2026 - 23:45Gülnar Əliyeva

Nəhəng casusluq əməliyyatı başladı - Ərdoğan və nazirlərin məlumatlarına giriblər

25.09.2026 - 23:34Gülnar Əliyeva

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? – Mərkəzi Bankdan açıqlama

25.09.2026 - 23:30Gülnar Əliyeva

Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR

25.09.2026 - 22:55Gülnar Əliyeva

Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR 

25.09.2026 - 22:40Gülnar Əliyeva

Məkkə sazişi işə düşür? - Qərargah rəisləri toplandı, Türkiyədən XƏBƏRDARLIQ

25.09.2026 - 22:25Gülnar Əliyeva

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar...

25.09.2026 - 22:10Gülnar Əliyeva

Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı

25.09.2026 - 22:00Gülnar Əliyeva

Bu universitetin prorektoru vəzifəsindən azad edildi - İDDİA

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 111

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 132

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 048

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 834
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.