Nyu-Yorkda baş tutması planlaşdırılan Miçotakisla Ərdoğan görüşü gözlənilmədən təxirə salınıb.
Yeniera.az xəbər verir ki, Yunanıstan mətbuatı baş nazir Kiriakos Mitsotakis ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda planlaşdırılan görüşün son anda baş verən hadisələrə görə təxirə salındığını yazıb.
Məlumata görə, gözlənilən görüş bu gün saat 21:00-da baş tutmalı idi. Lakin Türkiyə tərəfinin tələbi ilə təxirə salınıb.
İlkin məlumata görə, təxirə salınmaya səbəb ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda təşkil etdiyi ərəb və müsəlman ölkə liderlərinin görüşündə Ərdoğanın iştirakı olub.
Sözügedən görüş Trampa görə, yarım saat gecikmə ilə başlayıb və Miçotakis Ərdoğan görüşünün planlaşdırıldığı vaxta təsadüf edib.
Leyla Cəfərova

