Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya Kiyevi vurdu, tarixi kafedral alovlara qərq oldu – Ölənlər var – Fotolar
  • Sabah 32 dərəcə isti olacaq
  • Bu şəxslər iki ildən bir məcburi TƏLİM KEÇƏCƏKLƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Bu səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi,

"Bu səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirəcək" - Deputat

Siyasət Ariz Əhədov23.09.2025 - 21:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə rəsmi işgüzar səfəri gerçəkləşdiriblər. Bu səfər Azərbaycanın beynəlxalq arenada fəal mövqeyinin və diplomatik əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gəliblər. Sentyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Bu sessiya beynəlxalq siyasətdə aktual məsələlərin müzakirəsi və dünya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir:

“BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı mənzil-qərargahda rəsmi olaraq qarşılayıb və salamlayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb. Bu görüş Azərbaycanın iqtisadi sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Prezident İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sürətlə inkişaf edən iqtisadiyyata malikdir və prezidentin beynəlxalq görüşlərdə apardığı təbliğat ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynayır”.

Deputat qeyd edib ki, bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəminində baş tutub:

“Bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəmində baş verir. Prezident İlham Əliyev BMT Baş Qərargahını bir neçə dəfə ziyarət edib. O, 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyasında, 2010-cu ilin sentyabrında 65-ci sessiyasında və 2017-ci ilin sentyabrında 72-ci sessiyasının açılışında iştirak edib. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdə olmuş və Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram xarakterli nitq söyləyib.

Bu səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi, ölkəmizin qlobal proseslərə fəal qatılımının təmin edilməsi və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. BMT kimi beynəlxalq təşkilatların platformasından istifadə edərək Azərbaycan öz mövqeyini dünya ictimaiyyətinə çatdırma imkanı qazanır. Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayının 5000-dən çox olması ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini və dərinliyini göstərir. Bu cür səfərlər Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır”.

Mikayıl Mirzəzadə

Bənzər Xəbərlər

15.06.2026 - 10:00Ariz Əhədov

Prezident Müraciət ünvanladı

14.06.2026 - 21:31Ariz Əhədov

Prezidentin köməkçisi Ermənistanda - VİDEO

14.06.2026 - 18:02Ariz Əhədov

Hikmət Hacıyev Ermənistanda Armen Qriqoryan ilə görüş keçirdi

12.06.2026 - 15:45Ariz Əhədov

Prezidentin köməkçisindən icra başçılarına çağırış

12.06.2026 - 12:25Ariz Əhədov

Prezident həmkarını təbrik etdi

12.06.2026 - 11:25Ariz Əhədov

İlham Əliyev Putini təbrik etdi 

12.06.2026 - 11:08Ariz Əhədov

MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı

12.06.2026 - 10:50Ariz Əhədov

Keçmiş səfirimizin ölüm səbəbi MƏLUM oldu

12.06.2026 - 10:25Ariz Əhədov

Prezidentin Sərəncamının icrasına BAŞLANILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 186

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.