Rusiyada illik inflyasiya sentyabrın 22-də başa çatan həftədə əvvəlki həftədəki 8,02%-dən 7,99%-ə enib.
Yeniera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hesabat həftəsində istehlak bazarında inflyasiya 0,08% təşkil edib. Ərzaq məhsullarının qiymətləri 0,09% artıb, meyvə-tərəvəzin qiymətləri isə dəyişməyib. Digər ərzaq məhsulları üzrə isə qiymət artımı 0,1%-ə çatıb.
Qeyri-ərzaq mallarının qiymətləri isə 0,13% artıb, monitorinq edilən xidmətlər sektorunda isə 0,06% bahalaşıb.
Leyla Cəfərova

