Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda yeni atom elektrik stansiyası blokunun tikintisi ilə bağlı müşavirə keçirib.
Yeniera.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xarici tərəfdaşların təklifləri, o cümlədən texniki və maliyyə parametrləri, habelə nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.
İclas iştirakçıları maliyyələşdirmə variantları, texnoloji həllər və layihənin icra müddətləri ilə bağlı müxtəlif beynəlxalq əməkdaşlıq modellərini təqdim ediblər.

