Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

Rubio Lavrovla Ukraynadakı müharibəni müzakirə etdi

Rubio Lavrovla Ukraynadakı müharibəni müzakirə etdi

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm addımların atılmasının vacibliyini vurğulayıb.

Yeniera.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott yazılı açıqlamada bildirib.

Sənəddə deyilir ki, dövlət katibi Prezident Donald Trampın insan itkilərinə son qoymağa çağırışını təkrarlayıb və “Moskvanın Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün önəmli addımlar atmasının zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Lavrov və Rubio arasında Nyu-Yorkda keçirilən görüş bağlı qapılar arxasında keçirilib və 50 dəqiqədən çox davam edib.

Leyla Cəfərova

Paylaş: