Merz qeyd edib ki, mülkiyyət hüquqlarına müdaxilə etmədən, Ukraynaya 140 milyard avro faizsiz kredit vermək üçün həll yolu hazırlanmalıdır.
Kansler bu barədə Kopenhagendə keçiriləcək sammitdə Avropa dövlət və hökumət başçıları ilə müzakirə aparacağını vurğulayıb.
“Bu qərar, Ukraynaya sadiq olan üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən qəbul edilməlidir”, – deyə Almaniya kansleri bildirib.
Kansler vurğulayıb ki, ayrılan vəsait “Ukraynanın müdafiə qabiliyyətini bir neçə il ərzində təmin etməyə” kömək edəcək.
Leyla Cəfərova

