NATO ölkələri Ukraynadan Rusiyaya hücum üçün tramplin kimi istifadə edir və Şimali Atlantika Alyansının genişlənməsi silahlı münaqişənin uzanmasına gətirib çıxarır.
Yeniera.az TASS-a istinadən xəbər verir ki, bunu Boliviya prezidenti Luis Arce BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.
“Biz Avrasiyada ölüm məntiqini də görürük. Orada daimi siyasi həll cəhdlərinə baxmayaraq, NATO-nun genişlənməsi silahlı münaqişənin uzanmasına səbəb olub, Ukrayna isə Rusiyaya hücumlar üçün tramplin kimi istifadə olunur”, – Boliviya lideri qeyd edib.
Rza Əli
