Braziliyanın Seara ştatında məktəb yaxınlığında baş verən atışma nəticəsində iki yeniyetmə ölüb, üç nəfər yaralanıb.
Yeniera.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, şübhəlilər məktəbin qarşısındakı səkidən atəş açaraq, dayanacaqda olan şəxsləri yaralayıblar.
Rəsmilər ölənlərin kimliyini açıqlamayıb və onların tələbə olub-olmadığını təsdiqləməyib.
Polis hadisə yerində narkotik, dəqiq tərəzi və qablaşdırma materiallarının tapıldığını bildirib. Şübhəlilərin axtarışı davam etdirilir.
Rza Əli

