• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Daha bir stomatoloqdan şikayət: “Bütün gecəni dəhşətli ağrı içində keçirdim”

29 Sentyabr, 25 / 12:35
A A
Daha bir stomatoloqdan şikayət: “Bütün gecəni dəhşətli ağrı içində keçirdim”

Redaksiyamıza diş həkimi adı altında fəaliyyət göstərən şəxs barədə şikayət daxil olub.

Şikayətçi Tural Qoca News24.az-a açıqlamasında bildirib ki, “TikTok” platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib:

“Videolarda guya çətin dişləri də asanlıqla çəkdiyini iddia edirdi. Mən də reklamına aldanaraq getdim, çünki problemli ağıl dişim vardı. Əksər həkimlər bu dişin yalnız cərrahi üsulla çıxarıla biləcəyini demişdi. Amma o, – həkimlər bacarmır, mən isə rahat çıxaracağam, – dedi.

İynə vurdu, dişim keyimədi. Təkrar iynə vurdu, lakin yenə effekt olmadı. Dəfələrlə ağrı hiss etdiyimi desəm də, – əsəbisən, ona görə keyimir, –  cavabını verdi. Ardınca dişimi yonmağa başladı. Ağrı dözülməz idi, çənəm sanki sınacaqdı. Dayandırmağımı tələb etsəm də, – döz, bir şey olmaz, – deyə israr etdi. Nəticədə siniri açdı, damağa və çənə sümüyümə ciddi zərər verdi. Sonra antibiotik yazıb evə göndərdi, – iki gün iç, sonra gəl çıxardım, – söylədi. Bütün gecəni dəhşətli ağrılar içində keçirdim. Səhəri gün normal klinikaya getdim və dişim yalnız cərrahi yolla çıxarıldı. Nicat Həsənovun əməli isə sadəcə səriştəsizlik deyil, açıq cinayətdir”.

Şikayətçi iddia edib ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün heç bir diplomi yoxdur və fəaliyyət göstərdiyi yer tibbi müəssisə tələblərinə cavab vermir:

“Nicat Həsənovun işlədiyi yerdə nə klinika var, nə avadanlıq, nə də sanitariya şəraiti. Köməkçisi belə yoxdur. Sadəcə adi ev şəraitində, sanki bazarda diş çəkir Bu, qanunsuz fəaliyyət və insan həyatı ilə oynamaqdır”.

Məsələ ilə bağlı Nicat Həsənovla əlaqə saxladıq. O, şikayətçi ilə birbaşa danışmaq istədiyini bildirdi, lakin suallarımızı ətraflı cavablandırmadı. Diplomu olmadığı barədə iddianı isə təkzib etdi. Ancaq sənədin surətini təqdim etməkdən imtina etdi.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

"Qarabağ" - "Kopenhagen" oyununu bu hakim  idarə edəcək

Növbəti Yazı

Mehriban Xanlarova illər sonra küsülülük iddiasına son qoydu

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.