Ukrayna prezidenti Vladimir Zelenski Putin və Lukaşenkonu “iki qoca” adlandırıb.
Yeniera.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Lukaşenko daha əvvəl bəyan etmişdi ki, o, Zelenski ilə danışmaq istəyir və “Ukrayna üçün yaxşı təklifi var”.
“O, özünü təcrid edərək dünyasını belə qurdu. O, üç onillik tikdiyi evdə yaşadı. O ev bir ölkə boydadır. Amma mən onun ölkəsinin müstəqil olduğunu xatırlamasını istəyirəm. O, öz aləmindədir, amma Putin hərdən gəlir və onlar, iki qoca danışırlar. Şərh vermək çətindir”, – Zelenski bildirib.
Rza Əli

