Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nevroloq Günel Qardaşova: Sinir sistemi sağlamlığına diqqət artır
  • ISKA Service 2001-ci ildən mobil cihazların servis xidmətini göstərir
  • AYTUSHOP – Bakının ən ucuz qab-qacaq mağazalarından biri kimi diqqət çəkir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Məktəblini soyundurub videoya çəkiblər? – VİDEO

Məktəblini soyundurub videoya çəkiblər? – VİDEO

Cəmiyyət Ariz Əhədov30.09.2025 - 11:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb.

Yeniera.az xəbər verir ki, həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar.

“Deyilənə görə, onun özü soyunub. Deyəsən videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir”, – şagirdlər bildirib.

Valideynlər isə bu hadisədən narahat olduqlarını qeyd ediblər. Onlar məktəb tərəfindən uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyib.

Məsələ ilə bağlı 281 nömrəli tam orta məktəbin rəhbərliyindən bildiriblər ki, sözügedən 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edir. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı 7-ci sinif şagirdləri davranış qaydalarını mütəmadi pozan şagirdə qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, qurum tərəfindən məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün əlavə psixoloq cəlb olunub. Bu kimi hallarda təhsil alanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, şagird davranış qaydalarına uyğun olmayan hallara qarşı qanunauyğun tədbirlər görülür.

Daha ətraflı videomaterialda:

Bənzər Xəbərlər

12.09.2026 - 22:07Gülnar Əliyeva

Nevroloq Günel Qardaşova: Sinir sistemi sağlamlığına diqqət artır

12.09.2026 - 19:47Gülnar Əliyeva

ISKA Service 2001-ci ildən mobil cihazların servis xidmətini göstərir

12.09.2026 - 19:45Gülnar Əliyeva

AYTUSHOP – Bakının ən ucuz qab-qacaq mağazalarından biri kimi diqqət çəkir

12.09.2026 - 19:41Gülnar Əliyeva

Blogger Ramin Binyaminovun qida və restoran sektorundakı əməkdaşlıqları

11.09.2026 - 20:34Gülnar Əliyeva

Nevroloq Jalə Qarayeva - Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib

11.09.2026 - 17:29Gülnar Əliyeva

AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO

11.09.2026 - 15:22Gülnar Əliyeva

Baş nazir yeni QƏRAR İMZALADI

11.09.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - VİDEO

11.09.2026 - 15:00Gülnar Əliyeva

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 005

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 061

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 795
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.