Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO
  • Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR
  • Baş nazir yeni QƏRAR İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO

AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO

Cəmiyyət Gülnar Əliyeva11.09.2026 - 17:29
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) “Qiymətləndirmə” jurnalının ilk sayı ictimaiyyətə təqdim olunub.

Yeniera.az xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qiymətləndiricilər, media və ictimai sektorun təmsilçiləri iştirak ediblər.

Tədbirdə ilk olaraq AQC İdarə Heyətinin sədri Vüqar Oruc çıxış edib. O, Azərbaycanda qiymətləndirmə sahəsinin keçdiyi inkişaf yolundan, sektorun bugünkü vəziyyətindən və qarşıda duran məsələlərdən danışıb. Vüqar Oruc qeyd edib ki, qiymətləndirmə iqtisadi münasibətlərin bir çox sahələrində mühüm rol oynayan peşəkar fəaliyyət istiqamətidir.

AQC sədri “Qiymətləndirmə” jurnalının təsis edilməsinin əhəmiyyətinə də toxunub. Bildirib ki, yeni nəşr qiymətləndirmə sahəsində baş verən proseslərin, mütəxəssis fikirlərinin, qanunvericilik və beynəlxalq təcrübənin ictimaiyyətə çatdırılması baxımından mühüm platforma olacaq.

Daha sonra AQC sədrinin müavini, “Qiymətləndirmə” jurnalının baş redaktoru İbrahim Quliyev çıxış edib. O, jurnalın ilk sayının hazırlanması, nəşrin məqsədləri və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

İbrahim Quliyev bildirib ki, jurnalın səhifələrində qiymətləndirmə bazarının gündəmi, qanunvericilik, beynəlxalq təcrübə, müxtəlif qiymətləndirmə istiqamətləri, ekspert yazıları və sektorda çalışan mütəxəssislərin mövqeləri yer alacaq.

AQC sədrinin müşaviri Asif İbrahimov çıxış edərək bildirib ki, AQC tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanmasında qiymətləndirmə fəaliyyətinə vahid yanaşmanın formalaşdırılması əsas məqsədlərdən biri olub. Hazırda 3 standartın təsdiq olunduğunu bildirən Asif İbrahimov 2027-ci ilin əvvəlində 27 standartın tam hazırlanaraq qiymətləndiricilərə təqdim ediləcəyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Məşhur Məmmədov qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatı və əmlak bazarının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, qiymətləndirmə institutunun iqtisadi münasibətlərdə şəffaflığın və obyektivliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Deputat vurğulayıb ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yarandığı gündən etibarən bu sahənin inkişafına, qiymətləndiricilərin peşəkarlığının artırılmasına və beynəlxalq təcrübənin ölkədə tətbiqinə töhfə verən aparıcı ictimai təşkilatlardan biri olub. Onun sözlərinə görə, AQC-nin bu istiqamətdə həyata keçirdiyi çoxsaylı layihələr və təşəbbüslər qiymətləndirmə fəaliyyətinin institusional inkişafında mühüm rol oynayıb. Elmi jurnalın nəşrə başlaması da Cəmiyyətin sahənin inkişafına verdiyi töhfələrin növbəti mühüm nümunəsidir. Məşhur Məmmədov qeyd edib ki, jurnalın fəaliyyətə başlaması qiymətləndirmə sahəsində elmi yanaşmaların, peşəkar təcrübənin və yeni fikirlərin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradacaq.

Millət vəkili Azər Badamov qeyd edib ki, AQC-nin yaranmasından 28 il sonra elmi jurnalın işıq üzü görməsi tarixi hadisədir. O vurğulayıb ki, qiymətləndirmə sahəsinin artıq qanunvericiliklə tənzimlənməsi bu istiqamətdə inkişafın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Deputat AQC-nin uzun illər ərzində qiymətləndirmə sahəsində peşəkar mühitin formalaşmasına və sahə iştirakçıları arasında əməkdaşlığın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Onun sözlərinə görə, Cəmiyyət tərəfindən belə bir elmi nəşrin təsis edilməsi qiymətləndirmə sahəsində elmi mübadilənin genişlənməsinə, müasir yanaşmaların və qabaqcıl təcrübənin müzakirəsinə mühüm imkan yaradacaq.

Millət vəkili Rövşən Muradov çıxış edərək jurnalın Redaksiya Şurasında təmsil olunmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, AQC-nin elmi və peşəkar platforma yaratmaq istiqamətində atdığı bu addım qiymətləndirmə sahəsində yeni müzakirə imkanlarının formalaşmasına xidmət edir. Millət vəkili bildirib ki, ölkəmizdə qiymətləndirmə sahəsi artıq iqtisadi ekosistemin mühüm tərkib hissəsinə çevrilməkdədir. Onun sözlərinə görə, AQC-nin peşəkar birlik kimi fəaliyyəti sahə üzrə mütəxəssislərin bir araya gəlməsi, təcrübə və fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün təqdimatı keçirilən elmi jurnal da həmin prosesin mühüm hissəsi olmaqla qiymətləndirmə sahəsinin elmi və praktiki inkişafına xidmət edəcək.

Deputat Əlibala Məhərrəmzadə çıxış edərək jurnalın ilk sayı münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, müasir dövrdə çap məhsullarına marağın azalmasına baxmayaraq, AQC-nin elmi nəşr ənənəsini formalaşdırması və bu istiqamətdə yeni layihəyə başlaması təqdirəlayiq haldır. Deputat AQC-nin qiymətləndirmə sahəsində yalnız peşəkar fəaliyyətin deyil, həm də elmi və intellektual mühitin inkişafına diqqət yetirməsini müsbət qiymətləndirib. Onun sözlərinə görə, elm adamlarının və sahə üzrə mütəxəssislərin öz tədqiqatlarını bu jurnal vasitəsilə təqdim etməsi həm fikir mübadiləsi üçün geniş imkan yaradacaq, həm də qiymətləndiricilər üçün mühüm elmi-praktiki baza formalaşdıracaq.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, AQC Elmi-Metodoloji Şurasının üzvü, professor Rəsmiyyə Sabir çıxış edərək jurnalın elm ictimaiyyəti üçün mühüm töhfə olacağını qeyd edib.

Mərkəzi Bankın baş direktoru Fuad İsayev, ARPA-nın İdarə Heyətinin sədri Günay Şahbazova, SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Loğman Abdullayev, AQC sədrinin müşaviri, tanınmış ictimai xadim İradə Şükürova çıxışlarında AQC-ni jurnalın ilk sayı münasibətilə təbrik ediblər.

Tədbirdə KOBİA, Auditorlar Palatası, ASA, Torpaqşünaslar Cəmiyyəti, AZSTAND-ın nümayəndələri iştirak ediblər.

AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO - Foto 2AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO - Foto 3AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO - Foto 4AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO - Foto 5

Bənzər Xəbərlər

11.09.2026 - 15:22Gülnar Əliyeva

Baş nazir yeni QƏRAR İMZALADI

11.09.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - VİDEO

11.09.2026 - 15:00Gülnar Əliyeva

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT

11.09.2026 - 14:42Gülnar Əliyeva

İftixar Piriyev Vəfa Novruzovadan üzr istədi

11.09.2026 - 12:54Gülnar Əliyeva

Sürücülər bu yola girsə 100 manat cərimə ediləcək

11.09.2026 - 01:59Gülnar Əliyeva

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

11.09.2026 - 00:58Gülnar Əliyeva

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Nazirin planı bəlli oldu

10.09.2026 - 16:13Gülnar Əliyeva

Niyamdan SƏRT SÖZLƏR: "Kanatı qayınına çəkdirdin, camaatın balası öldü"- VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 002

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 793
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.