Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Elşad Xose vəfat edib?
  • Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ
  • Hikmət Hacıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

Media Ariz Əhədov01.10.2025 - 14:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Qəzza zolağında həlak olan Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakla bağlı başsağlığı yayıb.

Bu barədə Yeniera.az-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir: “Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.

Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.

Allah rəhmət eləsin!”

Eyni zamanda, MEDİA “X” hesabında paylaşım edib:

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”

Bənzər Xəbərlər

01.08.2026 - 16:31Gülnar Əliyeva

Elşad Xose vəfat edib? 

01.08.2026 - 16:13Gülnar Əliyeva

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

01.08.2026 - 15:00Gülnar Əliyeva

Bu həftə 3 bürcün həyatı alt-üst olacaq

01.08.2026 - 14:41Gülnar Əliyeva

Hava dəyişir - Yağış yağacaq, şimşək çaxacaq!

01.08.2026 - 13:57Gülnar Əliyeva

“3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət

01.08.2026 - 13:53Gülnar Əliyeva

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO

01.08.2026 - 13:39Gülnar Əliyeva

Bu gündən etibarən qüvvəyə mindi:1il müddətinə belə OLACAQ

01.08.2026 - 13:08Gülnar Əliyeva

Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır

01.08.2026 - 12:40Gülnar Əliyeva

Sabah 39° isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 422

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 662

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 692

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 540
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.