2050-ci ildə dünya üzrə 60 və daha çox yaşda olan insanlardan ibarət yaşlı əhalinin sayının 2,1 milyard nəfərə çatacağı, 2080-ci ilə qədər 65 və yuxarı yaşda olanların sayının isə 18 yaşadək uşaqların sayından çox olacağı proqnozlaşdırılır.
Yeniera.az xəbər verir ki, bu barədə proqnozu Birləşmiş Millətlər Təşkilatı (BMT) 1 oktyabr “Beynəlxalq Ahıllar Günü” münaisbətilə keçirdiyi tədbirdə qeyd edib.
Konfranslar və tədbirlər hər il müəyyən bir mövzu ətrafında keçirilir.
BMT tərəfindən qeyd olunan 35-ci Beynəlxalq Ahıllar Gününün builki mövzusu “Yerli və Qlobal Fəaliyyəti İdarə edən Ahıllar: Məqsədlərimiz, Rifahımız və Hüquqlarımız”dır.
Bu ilki mövzu yaşlı insanların ədalətli və möhkəm cəmiyyətlərin qurulmasında oynadığı rolu və onların həm yerli, həm də qlobal səviyyədə sosial inkişafa töhfələrini vurğulayır. BMT-nin məlumatına görə, qocalığa çatan insanların sayının sürətlə artması həyatın hər mərhələsində sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin qarşısının alınması və müalicəsinin vacibliyini vurğulayır.
Bildirilir ki, yaşlı insanların əsas ehtiyaclarını ödəyə bilməsi və gündəlik həyata iştirak edə bilməsi təkcə sağlamlıq vəziyyətindən deyil, həm də sosial və fiziki mühitindən asılıdır.
Yeganə

