“Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitindən əvvəl bildirib ki, böyük dövlətlərdən biri səhv edərsə, III Dünya Müharibəsi hər an başlaya bilər”.
Yeniera.az xəbər verir ki, onun açıqlaması Avropa Komissiyasının (AK) rəsmi saytında canlı yayımlanıb.
“Hazırda münaqişə vəziyyəti o qədər gərgindir ki, dünya səhnəsində hər hansı əsas oyunçu səhv etsə, üçüncü dünya müharibəsi ilə nəticələnə bilər”,-deyə Orban fikirlərini bölüşüb.
Bir gün əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Qərb faktiki olaraq Ukraynanı qorumaq istəyi adı altında onu “soymağı” planlaşdırır. Orban həmçinin bəyan edib ki, keçmiş sovet respublikası artıq suveren dövlət kimi fəaliyyət göstərə bilməz. Orbanın fikrincə, Qərb Kiyevə pul verməmək qərarına gəlsə, Ukrayna yaxın gələcəkdə mövcudluğunu dayandıra bilər.
Yeganə

