Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya ABŞ-dan fərqli olaraq hökumətin bağlanmasına tab gətirə bilməz.
Yeniera.az xəbər verir ki, o, bu barədə partiyanın proqram komitəsinin büdcə layihəsinə həsr olunmuş iclasında bildirib.
Medvedev xatırladıb ki, ABŞ prezidenti Donald Tramp ötən gün hökumətin bağlandığını elan edib. “Biz işlərin dayandırılmasını elan etmirik. Ancaq unutmayın ki, bizdə belə hadisələr olub – nisbətən yaxın keçmişdə, Rusiyanın müasir tarixində”, – deyə Medvedev bildirib.
Yeganə

