Birləşmiş Ştatlar Qətərə istənilən hücumu öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcək və bütün lazımi tədbirlərlə, o cümlədən hərbi tədbirlərlə cavab verəcək.
Yeniera.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Ağ Ev tərəfindən dərc edilmiş sərəncamında qeeyd edilib.
Sənəddə deyilir ki, “Birləşmiş Ştatlar Qətər Dövlətinin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücumu Birləşmiş Ştatların sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcək”.
“Belə bir hücum olacağı təqdirdə Birləşmiş Ştatlar Birləşmiş Ştatların və Qətər Dövlətinin maraqlarını müdafiə etmək, sülh və sabitliyi bərpa etmək üçün diplomatik, iqtisadi və lazım gələrsə, hərbi də daxil olmaqla bütün qanuni və müvafiq tədbirləri görəcək”, – deyə, 29 sentyabr tarixli, lakin çərşənbə günü dərc edilən sərəncamda deyilir.
Sənəddə həmçinin deyilir ki, “Müharibə katibi, Dövlət Katibi və Milli Kəşfiyyat Direktoru ilə koordinasiya əsasında Qətər Dövlətinə qarşı hər hansı xarici təcavüzə tez və koordinasiyalı cavab vermək üçün Qətər Dövləti ilə birgə fövqəladə halların planlaşdırılmasını davam etdirməlidir”.
İlyas Yalçın

