ABŞ prezidenti Donald Tramp “qanunsuzluğun pisləşməsi” və federal işçilərə hücumlar səbəbindən Milli Qvardiya qoşunlarını Oreqon ştatına yerləşdirib .
Yeniera.az xəbər verir ki, bu barədə xarici mediya məlumat yayıb.
“Bizim federal zabitlərimiz Oreqon ştatında qanunları yerinə yetirə bilmədilər. Antifa və radikal solçu anarxistlər federal mülkiyyəti qoruyan və qanunu tətbiq edən kişi və qadınlarımıza vəhşicəsinə hücum etdilər”, – Tramp deyib.
Dövlət başçısı vurğulayıb ki, Milli Qvardiya “asayişi bərpa etmək, xaosa, ölümə və dağıntılara son qoymaq üçün” ştata yerləşdirilir.
“Biz qalib gələcəyik”, – Tramp əlavə edib.
Leyla Cəfərova

