Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şimşək çaxacaq – Dolu düşəcək
  • Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? – Səbəb AÇIQLANDI
  • Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Prezidentin bu sammitdə iştirakı Azərbaycana böyük töhfələr verəcək” – Deputat

"Prezidentin bu sammitdə iştirakı Azərbaycana böyük töhfələr verəcək" - Deputat

Siyasət Ariz Əhədov02.10.2025 - 22:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Azərbaycanın VII Avropa Siyasi Birliyi Sammitində iştirakı ölkəmizin qlobal və regional miqyasda artan nüfuzunun sübutudur. Ölkəmiz həm də geosiyasi vəziyyəti, coğrafi mövqeyi, strateji resursları, Avropa ilə Cənubi Qafqazı, eləcə də Mərkəzi Asiyanı birləşdirən körpü funksiyasını yerinə yetirir. Məhz Azərbaycanın bu sammitdə iştirakı mövqelərimizi daha da gücləndirəcək və regional inteqrasiya, eləcə də Avropa ilə daimi əməkdaşlıqda vacib aktor olduğunu göstərəcək”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakını şərh edərkən deyib.

O bildirib ki, Prezidentin bu sammitdə iştirakı həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahəsinə böyük töhfə verəcək:

“Sammit Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığında yeni perspektivlər açır. Cənab Prezidentin sammit çərçivəsindəki görüşləri ilk növbədə həm iqtisadi sahədə qarşılıqlı investisiya imkanlarının genişlənməsinə, eyni zamanda enerji sahəsində Cənubi Qaz dəhlizinin gücləndirilməsinə, bərpaolunan enerji layihələrinin inkişafına böyük töhfə verəcək. Nəqliyyat baxımından, Trans-Xəzər dəhlizinin Avropa ilə uzlaşdırılması, logistika mərkəzi kimi Azərbaycanın rolunu daha da artırır. Bu ölkəni Avropa üçün etibarlı tranzit tərəfdaşına çevirir. Azərbaycanın beynəlxalq imici daha da möhkəmlənir. Belə platformada iştirak təkcə iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır. Avropa siyasi dairələrində ölkəmiz yalnız enerji təmsilçisi kimi deyil, həm də regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına zəmin yaradan tərəfdaş kimi qəbul edilir. Bu, qlobal təhlükəsizlik gündəliyində fəal iştiraka şərait yaradır. Təbii ki, strateji baxımdan, Avropa Siyasi Birliyi kimi platformalarda təmsil edilmək Azərbaycan üçün birbaşa diplomatik kanalların açılması deməkdir. İstər enerji, istər nəqliyyat, istərsə də təhlükəsizlik sahəsində ölkəmiz mövqelərini vasitəçisiz ifadə edə bilir və bu məsələləri Avropa liderlərinə təqdim etmək imkanı qazanır. Bu da Rəsmi Bakının balanslaşdırılmış xarici siyasət kursuna və beynəlxalq nüfuzun artmasına xidmət edir. Bu reallıqlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən daxili və xarici siyasətin müstəqil olduğunun bariz nümunəsidir”.

Mikayıl Mirzəzadə

Bənzər Xəbərlər

21.06.2026 - 11:55Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

21.06.2026 - 11:50Ariz Əhədov

Azərbaycandan Ermənistana 17 vaqon yanacaq göndərildi

21.06.2026 - 10:50Ariz Əhədov

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

19.06.2026 - 16:50Ariz Əhədov

Fuad Nəcəfliyə yüksək vəzifə verildi

19.06.2026 - 16:40Ariz Əhədov

Baş nazir QƏRAR İMZALADI

19.06.2026 - 15:00Ariz Əhədov

Prezident 6 fərman imzaladı

19.06.2026 - 12:30Ariz Əhədov

Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

18.06.2026 - 23:20Ariz Əhədov

Prezident AÇIQLADI - Bu məsələ NƏZARƏTƏ götürülür

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.