Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şimşək çaxacaq – Dolu düşəcək
  • Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? – Səbəb AÇIQLANDI
  • Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»“Fransa Azərbaycana qarşı birtərəfli mövqeyinə son verməlidir” – AÇIQLAMA

“Fransa Azərbaycana qarşı birtərəfli mövqeyinə son verməlidir” - AÇIQLAMA

Özəl Ariz Əhədov03.10.2025 - 16:52
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Son illərdə Azərbaycan-Fransa münasibətləri bir sıra gərginliklər, qarşılıqlı ittihamlar və diplomatik böhranlarla yadda qalıb. Parisin Ermənistanı açıq şəkildə dəstəkləməsi və birtərəfli mövqeyi ölkələr arasında inamsızlıq yaradıb. Lakin regionda dəyişən geosiyasi reallıqlar, yeni əməkdaşlıq imkanları və tərəflərin qarşılıqlı maraqları bu münasibətlərin gələcəyi barədə suallar doğurur”.

Məhz bu mövzu ətrafında Milli Məclisin deputatı Ceyhun Məmmədov Yeniera.az-a açıqlamasında diqqətçəkən məqamlara toxunub.

O bildirib ki, Paris uzun illər ərzində ölkəmizə qarşı ədalətsiz və birtərəfli siyasəti ilə seçilib:

“Fransa hər zaman bizə qarşı ədalətsiz və qərəzli siyasəti ilə seçilib. Tarixi proseslər göstərir ki, Paris bu məsələlərdə daim Ermənistanın tərəfində dayanıb və mövqeyini tərəfli şəkildə qoruyub”.

Deputat qeyd edib ki, son günlər fərqli mənzərə müşahidə olunur və Fransa münasibətləri bərpa etməyə, yeni dialoq qurmağa cəhd göstərir:

“Son günlər isə biz fərqli mənzərəni müşahidə edirik. Fransa Azərbaycanla yaxınlaşmağa, münasibətləri bərpa etməyə və yeni dialoq qurmağa cəhd göstərir. Bu, xüsusilə Fransa Prezidentinin Azərbaycan Prezidenti ilə görüş istəyi və bu istiqamətdə atdığı addımlarda özünü aydın göstərir”.

C.Məmmədov əlavə edib ki, münasibətlərin gələcəyi Ermənistanın davranışından və Fransanın mövcud siyasətini dəyişib-dəyişməyəcəyindən asılı olacaq:

“Əgər Ermənistan təcavüzkar siyasətini davam etdirərsə və Fransa yenidən qərəzli mövqe sərgiləyərsə, münasibətlərdə heç bir perspektivdən danışmaq mümkün olmayacaq. Lakin əksinə, Fransa ədalətsizliyə və qərəzə son qoyarsa, balanslı siyasət yürüdərsə, o zaman tərəflər arasında münasibətlərin inkişafından və gələcək perspektivlərdən bəhs etmək olar”.

Deputat sonda vurğulayıb ki, Azərbaycanın mövqeyi aydındır – qarşılıqlı hörmət və ədalət prinsiplərinə əsaslanan siyasət qurulmalıdır. Fransa isə çalışmalıdır ki, illərdir davam edən birtərəfli mövqeyinə son versin və münasibətlərin sağlam əsasda inkişafına şərait yaratsın.

Yeganə

 

Bənzər Xəbərlər

21.06.2026 - 15:30Ariz Əhədov

Şimşək çaxacaq - Dolu düşəcək

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

21.06.2026 - 11:55Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

21.06.2026 - 11:50Ariz Əhədov

Azərbaycandan Ermənistana 17 vaqon yanacaq göndərildi

21.06.2026 - 11:13Ariz Əhədov

Gəncədə 11-ci sinif şagirdinin meyiti tapıldı

21.06.2026 - 10:50Ariz Əhədov

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.