Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, Macarıstan hökuməti Avropa İttifaqı (Aİ) ilə daha da sıx əlaqələr qurmaq istəmədiyi üçün avronu ölkənin vahid valyutası kimi təqdim etmək fikrində deyil.
Yeniera.az xəbər verir ki, onun sözlərinə görə, Aİ hazırda sarsıdılır və buna görə də Macarıstan hakimiyyəti ölkənin taleyini daha da bu assosiasiyaya bağlamaq istəmir.
Macarıstan Ticarət və Sənaye Palatası tərəfindən “Economx Money Talks” podkastında Macarıstanın avro zonasına qoşulma perspektivləri ilə bağlı dərc olunmuş müsahibəsində Orban, “Bu məsələ qətiliklə mənim gündəmdə olmayacaq. Köklü dəyişikliklər baş verməsə, Avropa İttifaqı həyatımızda sadəcə müvəqqəti bir epizod olaraq qalacaq”,-deyə qeyd edib.
Yeganə

