İsveçin Karolinska İnstitutunda keçirilən mətbuat konfransında 2025-ci il tibb üzrə Nobel mükafatı laureatları açıqlanıb.
Yeniera.az xəbər verir ki, “Brunkow”, “Ramsdell” və “Sakaguchi” immunitet sisteminin özünə hücum etməsinin qarşısını alan periferik immun tolerantlıq mexanizmi ilə bağlı kəşflərinə görə mükafata layiq görülübər.
Tədqiqat otoimmün xəstəlikləri inkişaf etdirən siçanlar üzərində aparılan genetik tədqiqatlar vasitəsilə bu tənzimləyici hüceyrələrin funksiyası üçün kritik olan “Foxp3” genini müəyyən edib. Eyni gen insanlarda nadir rast gəlinən “IPEX sindromu” ilə də əlaqəli idi.
Alimlərin kəşfləri hazırda klinik sınaqlarda olan potensial tibbi müalicə üsullarının inkişafına səbəb olub. Bu kəşflərin kök hüceyrə transplantasiyasından sonra ciddi fəsadların qarşısının alınmasına, xərçəngin daha effektiv müalicəsinin inkişafına və otoimmün xəstəliklərin müalicəsinə töhfə verəcəyinə ümid edilir.
2024-cü il Tibb üzrə Nobel Mükafatı mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə Amerika əsilli Viktor Ambros və Gary Ruvkuna verilib.
Bu günə qədər 115 tibb mükafatı verilib və heç kim iki dəfə mükafat almayıb. Mükafatı alan ən gəncin 31, ən yaşlısının isə 87 yaşı olub
Yeganə

