Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şimşək çaxacaq – Dolu düşəcək
  • Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? – Səbəb AÇIQLANDI
  • Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Bu görüş Türk dünyasının yol xəritəsini çəkəcək” – Deputat

“Bu görüş Türk dünyasının yol xəritəsini çəkəcək” - Deputat

Siyasət Ariz Əhədov06.10.2025 - 18:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşü həm rəmzi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu toplantı təkcə Türk dünyasının birgə maraqlarının müzakirə olunduğu diplomatik platforma deyil, həm də yeni dünya nizamında Türk dövlətlərinin artan rolunun nümayişidir”.

Bu fikirləri Yeniera.az- açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündən danışarkən deyib.

O bildirib ki, Qəbələ Zirvəsi türk dövlətləri arasında real iqtisadi, siyasi və təhlükəsizlik formatı yaradacaq:

“Müasir beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatı getdikcə daha çox funksional məzmun qazanır. Əvvəllər mədəni və tarixi əlaqələr üzərində qurulmuş əməkdaşlıq bu gün artıq real iqtisadi, siyasi və təhlükəsizlik formatına çevrilib. Qəbələ Zirvəsi məhz bu keçidin növbəti mərhələsini təmsil edir. Artıq Türk dünyası bir ideya və dəyərlər birliyi olmaqdan çıxaraq qlobal güc mərkəzlərindən birinə çevrilmək yolundadır”.

Deputat qeyd edib ki, türk dünyası artıq qlobal gücə çevrilib:

“Bu prosesdə Azərbaycan mühüm lokomotiv rolunu oynayır. Prezident İlham Əliyevin uzun illər ərzində ardıcıl şəkildə həyata keçirdiyi və özünü dövlətimizin başçısının “Bizim ailəmiz Türk Dünyasıdır” sözləri ilə ilə ifadə edən Türk birliyi siyasəti, enerji, nəqliyyat, kommunikasiya və təhlükəsizlik sahələrində inteqrasiyanı dərinləşdirmək istiqamətində atdığı addımlar bu gün öz bəhrəsini verir.

Azərbaycanın suverenliyini tam şəkildə bərpa etməsi, Böyük Qayıdış proqramının uğurla icra olunması fonunda Qəbələ Zirvəsi həm də Azərbaycanın yeni mərhələdəki mövqeyinin təsdiqi kimi dəyərləndirilə bilər. Artıq Azərbaycan təkcə regionda sabitlik və təhlükəsizlik faktoruna çevrilməyib, eyni zamanda Türk dünyasının strateji dayaqlarından biridir. Bu, həm coğrafi yerləşmədən, həm iqtisadi potensialdan, həm də müstəqil və çoxvektorlu xarici siyasət kursundan qaynaqlanır”.

Parlamentari görüşün mürəkkəb proseslər dövründə baş tutduğunu bildirib:

“Qeyd edim ki, Zirvə görüşü beynəlxalq sistemdəki mürəkkəb proseslər fonunda baş tutur. Qərb və Rusiya arasında geosiyasi qarşıdurmanın dərinləşməsi, Yaxın Şərqdə davam edən münaqişələr, Çin və ABŞ arasında artan iqtisadi rəqabət, mərkəzi Avrasiya məkanında yeni təsir zonaları uğrunda mübarizə şəraitində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birliyi və koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu şəraitdə TDT üzvü olan ölkələr əməkdaşlığa əsaslanan, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipinə söykənən bir model təqdim edir.

Qəbələ Zirvəsində bu modelin praktiki məzmununu daha da dərinləşdirəcək iqtisadi inteqrasiya, təhlükəsizlik, kibertəhlükəsizlik, rəqəmsal transformasiya və enerji təhlükəsizliyi sahələrində konkret qərarların qəbul olunması gözlənilir.

Qəbələdə keçiriləcək Zirvə görüşü həm də Türk dövlətləri arasında siyasi həmrəyliyin rəmzidir. Bu həmrəylik mədəniyyət və dil birliyindən qaynaqlansa da, bu gün artıq ortaq iqtisadi maraqlar və təhlükəsizlik zərurəti ilə daha da möhkəmlənir. Azərbaycan bu mənada Türk dünyasının strateji əlaqələndirici halqasıdır. Zəngəzur dəhlizinin reallaşması perspektivi, Trans-Xəzər enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə təşəbbüslər Türk birliyini siyasi ideya səviyyəsindən çıxararaq praktiki əməkdaşlıq modelinə, real güc mərkəzinə çevirir”

E.Mirzəbəyli əlavə edib ki, bu görüş Türk dünyasının yol xəritəsini çəkəcək:

“Qəbələ Zirvəsi həm də Türk dünyasının gələcək yol xəritəsinin müəyyənləşdiriləcəyi platformadır. Burada qəbul ediləcək qərarlar Türk Dövlətləri Təşkilatının fəaliyyətinin institusional olaraq gücləndirilməsinə, yeni iqtisadi mexanizmlərin formalaşmasına və qlobal arenada Türk Dünyasının səsinin daha aydın eşidilməsinə xidmət edəcək. Əslində bu Zirvə həm də Türk dünyasının XXI əsrdə birgə mövcudluq və inkişaf konsepsiyasının siyasi yol xəritəsidir.

Bütün bu reallıqlar fonunda Azərbaycan bu Zirvəyə ev sahibliyi etməklə yalnız təşkilatın üzvü kimi deyil, onun gələcək istiqamətinin formalaşmasında əsas söz sahibi olan dövlət kimi çıxış edir. Qəbələ bu mənada həm tarixin səsi, həm də gələcəyə baxışdır. Zirvənin nəticələri göstərir ki, Türk birliyi artıq regional çərçivəni aşaraq qlobal siyasətdə real güc faktoruna çevrilməkdədir və bu prosesdə Azərbaycan mərkəzdə dayanır”.

Mikayıl Mirzəzadə

Bənzər Xəbərlər

21.06.2026 - 11:55Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

21.06.2026 - 11:50Ariz Əhədov

Azərbaycandan Ermənistana 17 vaqon yanacaq göndərildi

21.06.2026 - 10:50Ariz Əhədov

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

19.06.2026 - 16:50Ariz Əhədov

Fuad Nəcəfliyə yüksək vəzifə verildi

19.06.2026 - 16:40Ariz Əhədov

Baş nazir QƏRAR İMZALADI

19.06.2026 - 15:00Ariz Əhədov

Prezident 6 fərman imzaladı

19.06.2026 - 12:30Ariz Əhədov

Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

18.06.2026 - 23:20Ariz Əhədov

Prezident AÇIQLADI - Bu məsələ NƏZARƏTƏ götürülür

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.