Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • DYP reydlərə başladı:Saxlanılanlar var
  • Şimşək çaxacaq – Dolu düşəcək
  • Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? – Səbəb AÇIQLANDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»Çin ABŞ bazarına 1 trilyon pul qoyur: İqtisadi əməkdaşlıq real görünürmü? – AÇIQLAMA

Çin ABŞ bazarına 1 trilyon pul qoyur: İqtisadi əməkdaşlıq real görünürmü? - AÇIQLAMA

Özəl Ariz Əhədov07.10.2025 - 11:34
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Çin ABŞ ilə ticarət danışıqları fonunda Amerika iqtisadiyyatına 1 trilyon dollar dəyərində investisiya yatırmağı təklif edib. 

Pekin bunun qarşılığında Çin şirkətlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını şərt kimi qoyub.

Bəs, Çinin bu təklifinin altında duran səbəblər nədir? 

ABŞ-Çin iqtisadi əməkdaşlığı həqiqətən mümkün ola bilərmi?

Məsələ ilə bağlı Yeniera.az-a iqtisadçı Xalid Kərimli açıqlama verib.

O bildirib ki, Çin həmişə ABŞ şirkətlərinə maraq göstərib:

“Məsələ ondan ibarətdir ki, Çin şirkətləri zatən ABŞ  şirkətlərinə, eləcə də bu ölkənin qiymətli kağızlarında maraqlıdır. Çin xarici ticarətdə prosiftə malikdir. Yəni Çin aldığından çox satır. Bu da Çində valyuta ehtiyatlarının formalaşmasına gətirib çıxarır. Toplanan vəsaitləri də yatırım edirlər”. 

İqtisadçı qeyd edib ki, Çin artıq vəsaitini yatırım etmək üçün ən ideal ticari bazar kimi Amerikanı görür:

“Burada ən yaxşı istiqamət Çinin öz şirkətləridir. Lakin alternativlər də var. Amerika bazarı bu alternativlər arasında ən yaxşılardandır. Çin münasibətləri yaxşılaşdırmaq istəyir, eyni zamanda əlindəki artıq pulu yerləşdirmək istəyir, üstəlik bunu da Amerika bazarına çıxış imkanı kimi dəyərləndirir. Bu şirkətlər Amerika şirkətlərinə yatırım edəcək və avtomatik olaraq Çin Amerika şirkətlərinin texnologiyasına çıxış əldə edəcək, münasibətlərin yaxşılaşmasında mühüm rol oynayacaq”.

Ekspert əlavə edib ki, Çin hazırda bu addımla “bir güllə ilə beş quş vurur”:

“Nəticə etibarilə, Çin bu addımla “bir güllə ilə beş quş vurur”. Ölkə həm Amerika texnologiyalarını əldə etmək, həm bazara girmək, ABŞ şirkətləri ilə münasibətləri düzəltmək, bu ölkə ilə ticari müharibəni yumşaltmaq istəyir. Bütün bu sadalananları əlavə resursları yerləşdirmə fonunda edir”.

Mikayıl Mirzəzadə

Bənzər Xəbərlər

21.06.2026 - 17:44Ariz Əhədov

 DYP reydlərə başladı:Saxlanılanlar var

21.06.2026 - 15:30Ariz Əhədov

Şimşək çaxacaq - Dolu düşəcək

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

21.06.2026 - 11:55Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

21.06.2026 - 11:50Ariz Əhədov

Azərbaycandan Ermənistana 17 vaqon yanacaq göndərildi

21.06.2026 - 11:13Ariz Əhədov

Gəncədə 11-ci sinif şagirdinin meyiti tapıldı

21.06.2026 - 10:50Ariz Əhədov

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.