Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Brüsselin Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkətini məhdudlaşdırmaq qərarına cavab verəcək.
Yeniera.az xəbər verir ki, “TASS” agentliyi Peskovun sözlərini sitat gətirib.
“Bizim diplomatik departamentimiz təkliflər formalaşdıracaq və onlar həyata keçiriləcək. Ümumilikdə, onu əlavə edə bilərik ki, təəssüflə qeyd edək ki, avropalılar yeni ayırıcı divarlar tikmək vərdişlərini fəal şəkildə canlandırırlar”, – deyə Kremlin sözçüsü bildirib.
Yeganə

