Sentyabrda Belarusun neft emalı zavodlarından Rusiyaya yanacaq tədarükü kəskin artıb. O cümlədən, benzin alışı avqust ayı ilə müqayisədə dörd dəfə artaraq 49 min tona çatıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən xəbər verir.
Rusiyaya dizel yanacağı tədarükü 33 min tona yüksəldi. Belarus yanacağının Rusiya limanları vasitəsilə ixracı davam edir, lakin tranzit həcmi yanvar-sentyabr ayları arasında 40 faiz azalaraq 1,17 milyon tona düşüb.
Respublikada iki neft emalı zavodu var – Novopolitski və Mozırski. Onların nominal gücü ildə 12 milyon ton neftdir, lakin faktiki emal adətən dörddə bir azdır.
Daha əvvəl bildirilmişdi ki, Belarus hələ iyul ayında Sankt-Peterburq birjasında benzin və dizel yanacağının satışını bərpa edib, lakin sentyabrda tədarük həcmi artıb.
Yeganə

