Qərb nümayəndələrinin Gürcüstanla bağlı açıqlamaları açıq-aşkar yalandır və nasist Almaniyasının reyxinin ictimai maarifləndirmə və təbliğat naziri Cozef Qebbelsin çıxışlarına bənzəyir.
Yeniera.az xəbər verir ki, bu fikirləri Gürcüstanın baş nazir İrakli Kobaxidze deyib.
Mətbuat konfransı zamanı siyasətçi qeyd edib:
“Bu gün biz qaranlıq vaxtların Avropaya qayıtmasına imkan verə bilmərik.
Avropa bürokratiyasından eşitdiyimiz biabırçı yalanlar və bəyanatlar həqiqətən də Göbbelsin təbliğatının davamıdır”, – deyə Kobaxidze bildirib.
Kobaxidze seçkilər zamanı yaranmış iğtişaşları qiymətləndirərək, günahı Aİ səfiri vasitəsilə əlaqələndirən xarici qüvvələrin üzərinə atıb.
Yeganə

