• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Bakıda kibertəhlükəsizlik festivalı başlayıb

09 Oktyabr, 25 / 9:23
A A
Bakıda kibertəhlükəsizlik festivalı başlayıb

Bu gün “Bakı Konqres Mərkəzi” MMC-də “Critical Infrastructure Defence Challenge” (“CIDC 2025”) kibertəhlükəsizlik festivalı işə başlayıb.

Yeniera.az xəbər verir ki, sabah başa çatacaq festival Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bu tədbirin növbəti dəfə təşkil olunması – dövlət, özəl sektor, təhsil müəssələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi deməkdir. “CIDC-2025” həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır.

Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlərə 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılıb. Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edəcəklər. Eləcə də, sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaların da keçirilməsi nəzərdə tutulub.

Sözügedən panel müzakirələrdə “Kibercinayətkarlar üçün yeni oyun meydançası: “Ağıllı şəhərlər”, “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə”, “Texnologiyanın qaranlıq üzü: Kritik infrastrukturlarda kiberhücum və sosial mühəndisliyə qarşı yeni nəsil SOC sistemləri”, “Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış”, “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları – hansı daha vacibdir?” kimi mövzular əhatə olunacaqlar.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilir. “Ağıllı şəhərlərdə kibermüharibə” adlandırılması təsadüfi deyil. Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini məhz ağıllı şəhərlər təşkil edəcəkdir. Enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər hər şey rəqəmsallaşır. “Ağıllı şəhər” konsepti həyatımıza çoxsaylı üstünlüklər gətirir: nəqliyyat infrastrukturu, enerji təchizatı, rabitə sistemləri, su təminatı, ictimai xidmətlər – hamısı daha səmərəli, çevik və rahat idarə olunur. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfdir. “Ağıllı şəhərlərdə kibermüharibə”: – virtual müdafiə və hücum ssenarilərinin simulyasiya olunması, kritik informasiya infrastrukturlarının pozulması risklərinin praktiki təhlili, onların qarşısının alınması bacarıqlarının sınaqdan keçirilməsi və böhran vəziyyətində sistemlərin idarə olunmasıdır. Bu kibersavaşda iştirakçılar həm nəzəri biliklərini, həm də real ssenarilərə əsaslanan hücum və müdafiə simulyasiyalarında praktiki bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edir. Onların arasında – Birləşmiş Ərəb Əmirliklərinin, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan ölkələrinin komandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafat fonduna sahib olacaqlar.

“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

İlham Əliyev qardaş ölkələrə təşəkkür etdi - Video

Növbəti Yazı

İsrail ordusu Qəzza şəhərini tərk edəcək

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.