• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

Azərbaycanla Qazaxıstan arasında Protokol imzalanıb - YENİLƏNİB

14 Oktyabr, 25 / 14:10
A A
Azərbaycanla Qazaxıstan arasında Protokol imzalanıb - YENİLƏNİB

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.

Yeniera.az xəbər verir ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev arasında ikitərəfli görüş olub. Görüşdə strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın icrası, eləcə də enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.

İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qardaş və müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanı ortaq tarix, mədəniyyət və gələcəyə yönəlmiş strateji baxış birləşdirir. Nazir vurğulayıb ki, Prezidentlər cənab İlham Əliyev və cənab Kasım-Jomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi nəticəsində ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə dinamik və davamlı inkişaf nümayiş etdirir. Qeyd edilib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon ABŞ dollarına çatıb, bu ilin ilk yarısında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 501 milyon ABŞ dolları təşkil edib. Nazir, enerji sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib: “2023-cü ildən indiyə qədər Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. 2027-ci ilədək tranzit həcmlərinin illik 7 milyon tona çatdırılması və qarşılıqlı faydalı prinsiplər əsasında daha da artırılması imkanları nəzərdən keçirilir.”

“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinin isə enerji tərəfdaşlığını gücləndirən və regional enerji təhlükəsizliyinə töhfə verən strateji rolu diqqətə çatdırılıb. Əlavə edilib ki, noyabrda məsləhətçi şirkətin seçimi başa çatdıqdan sonra layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq. Energetika naziri həmçinin bildirib ki, Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı sahəsində tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və Zəngəzur dəhlizinin açılması perspektivləri də daxil olmaqla yeni imkanların birgə və səmərəli reallaşdırılmasına hazırdır.

Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev isə çıxışında deyib: “Bu günkü danışıqlarımız konstruktiv, səmimi və əsl işgüzar atmosferdə keçdi. Biz Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş yüksək maraq, qarşılıqlı anlayış və etimad nümayiş etdirdik. İclas zamanı ticarət və sənaye əməkdaşlığından tutmuş nəqliyyat, energetika, rəqəmsallaşma və mədəniyyət sahələrinə qədər əməkdaşlığımızın müxtəlif istiqamətlərinə toxunan bir sıra məzmunlu ideya və təşəbbüslər səsləndirildi.”

Ötən il iki ölkə arasında tranzit daşımalarının ümumi həcminin 21 faiz artaraq 3,6 milyon ton təşkil etməsi müsbət qiymətləndirilib. Həmçinin Birgə İnvestisiya Fondunun Azərbaycanda və Qazaxıstanda prioritet infrastruktur və istehsal layihələrinə investisiyaların cəlb edilməsindəki əhəmiyyəti vurğulanıb. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və turizm sahələrində də əməkdaşlıqda müsbət dinamikanın müşahidə olunduğu, bir sıra birgə təşəbbüslərin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb. Müzakirələr zamanı ticari- iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rəqəmsallaşma, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib, bir sıra istiqamətlər üzrə razılaşmalar əldə edilib.

Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 22-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

***

13:21

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.

Yeniera.az xəbər verir ki, sənədi Komissiyanın həmsədrləri Azerbaycan Respublikası energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev imzalayıblar.

Qeyd edək ki, Komissiyanın iclası bu gün Bakıda keçirilib.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Ramil Həsənin deputat fəaliyyətinə xitam veriləcək

Növbəti Yazı

Mirzoyan: "Tramp marşrutu" üzrə erməni-amerikan birgə müəssisəsi yaradılacaq

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.