ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə müharibəni müzakirə etmək üçün telefon danışığı aparacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat verib.
Telefon danışığı Trampın Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul etməsindən bir gün əvvəl baş tutacaq.
Tramp və Zelenski Ukraynanın uzaqmənzilli Tomaqavk raketləri əldə etməsi imkanlarını müzakirə edəcəklər.
Ağ Ev şərh sorğusuna cavab verməyib.
Yeganə

