Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?
  • Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ
  • Messi yenidən “Barselona” forması geyinəcək – SON DƏQİQƏ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»“Bununla bir çox insan işsiz qala bilər” – Ekspert bu qərardan narazıdır

“Bununla bir çox insan işsiz qala bilər” - Ekspert bu qərardan narazıdır

Özəl Ariz Əhədov16.10.2025 - 22:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Bu limitin tətbiq edilməsi təxminən üç il vaxt aparacaq. Bir həftəyə, noyabrın 1-dən kimlərisə taksi sürücüsü olmaq hüququndan məhrum etməyəcəklər. Çünki bu gün taksi sürənlərin demək olar ki, hamısının sənədləri qaydasındadır, qeydiyyatdan keçiblər və onların sənədlərinin müddəti bitmədiyinə görə bu qadağanı tətbiq etmək olmaz”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Bakıda taksilərin sayının 25 minə endirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qərara sosial məsələ kimi yanaşanda müəyyən çətinlik və problemlər yaradacağı ehtimal edilir:

“Növbəti dövrlərdə reqlament müəyyənləşdiriləcək, lisenziyalar, buraxılış kartları veriləcək. Belə olan halda təbii ki, 9 minə yaxın taksi sürücüsü kənarda qalır. Onların arasında bəziləri var ki, mütəmadi taksi sürmür, sadəcə sənədləri alıb, qaydasına salıb, yalnız həftəsonları taksi kimi fəaliyyətiylə məşğul olur. Təbii ki, şəhər nəqliyyatı prinsipindən yanaşanda doğru addımdır. Sosial məsələ kimi yanaşanda müəyyən çətinlik və problemlər yarada bilər”.

Ekspert hesab edir ki, bu qərar diqqətlə təhlil edilməlidir, yoxsabir çox insan işsiz qalacaq:

“Ona görə də mən düşünürəm ki, burada diqqətli təhlil aparılmalıdır, yanaşmalar fərqli ola bilər. Taksometrlərin bu gün aradan qaldırılmasına ehtiyac yoxdur. Bu, yalnız qiymət artımına gətirib çıxara bilər. Ola bilsin ki, bu qərarla ictimai nəqliyyat geniş şəkildə inkişaf etsin. Metro stansiyaları və avtobusların sayı artsın. Lakin onu da nəzərə almaq lazımdır ki, iki il öncə verilən qərarla 70 minə yaxın taksi sürücüsü yenidən sənədləşdirildi. İki il ərzində bu rəqəm gəlib 34 minə çatdı. Deyək ki, Bakı üçün 25 min normal rəqəmdir. Amma bir çox insanın işsiz qalması heç də yaxşı hal deyil. Düşünürəm ki, yaxşı işləyənlər, bu işə peşəkar formada yanaşanlar yenə də qalıb üzr istəyəcəklər”.

Ariz Həsənoğlu

Bənzər Xəbərlər

22.06.2026 - 00:20Ariz Əhədov

Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?

21.06.2026 - 23:34Ariz Əhədov

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

21.06.2026 - 23:31Ariz Əhədov

Messi yenidən "Barselona" forması geyinəcək - SON DƏQİQƏ

21.06.2026 - 22:06Ariz Əhədov

"Qarabağ" DÇ-2026-da iştirak edən qapıçını transfer etdi - FOTO

21.06.2026 - 22:04Ariz Əhədov

Elgiz Əkbərin yeni işi - burda ÇALIŞACAQ

21.06.2026 - 22:02Ariz Əhədov

50 yaşlı Sahil Paşayevin cansız bədəni TAPILDI

21.06.2026 - 22:01Ariz Əhədov

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb — Həbs olunanlar var

21.06.2026 - 19:30Ariz Əhədov

Andrade “Qarabağ”dan gedir - Bu klubla ANLAŞDI

21.06.2026 - 19:22Ariz Əhədov

İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 771

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 193

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 350

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.